“Eyni səviyyəli komandaların oyununu izlədik”
02.04.2012 - 17:38
“Eyni səviyyəli komandaların oyununu izlədik”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın XXVI turunda “Rəvan”la oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda azarkeşlərə təşəkkür edib: “Eyni səviyyəli komandaların oyununu izlədik. Komandamı qələbə münasibəti ilə təbrik edirəm, gözəl oyuna görə təşəkkür edirəm. 90 dəqiqə ərzində göstərdikləri dəstəyə görə azarkeşlərimizə minnətdaram. Qarşıdakı oyunlarda da yaxşı oynamağa çalışacağıq”.

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov isə rəqibi təbrik etməklə kifayətlənib: “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm. Komandalar bu gün bərabər oyun göstərdi, sonadək mübarizə apardı”.


Qeyd edək ki, bu qələbə “Kəpəz”in turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Onlar 29 xalla yenə 9-cu yerdədirlər.