Kamanan: 6 oyunda 18 xal qazanmalıyıq
02.04.2012 - 23:02
“Qəbələ” klubunun futbolçusu Yannik Kamananın apasport.az saytına müsahibəsi
- Öncə hesabat turunun “Bakı” ilə səfər oyunu haqda fikirlərinizi bilmək istərdik...
- Təbii ki, uduzduğumuz üçün təəssüflənirik. Lakin bildiyiniz kimi, hər oyundan sonra biz daha da öyrənir, daha məsuliyyətli oluruq. Qarşıda daha bir oyunumuz var. Həmin matça da qələbə üçün çıxacağıq.
- Ötən həftə sizin üçün uğursuz oldu. Kubokda “Qarabağ”la heç-heçədən sonra mübarizəni dayandırdınız, çempionatda “Bakı”ya uduzdunuz. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Bunun hansısa izahı yoxdur. Hər iki komanda meydana qalib gəlmək üçün çıxır. Futbolçular məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Bunda nəsə axtarmaq lazım deyil. Hər bir komanda uda da bilər, uduza da.
- Uduzsanız da, qol vurmaqda davam edirsiniz. Belə məhsuldarlığın sirri nədədir?
- Məhsuldarlığımın sirri “Qəbələ”dir. Komanda olmasa, Yannik Kamanan da qol vura bilməz. Oyunum komandamdan asılıdır. Yaxşı oynasa, mən də yaxşı oynayıram. Bu həftə qol vurdum, amma heç nə qazanmadıq. Mənim üçün özümün ya başqasının qol vurmasının fərqi yoxdur. Əsas odur komandamız qalib olsun.
- Bəlkə rəqiblərin səviyyəsi sizə belə rahat qolları sıralamağa imkan verir?
- Mənim üçün rəqiblərin səviyyəsinin fərqi rol oynamır. Mən məşqçilərin verdiyi tapşırığı yerinə yetirməyə çalışıram və diqqətimi oyuna yönəldirəm. Qol vurmağım heç nəyi dəyişmir. Diqqətimi komandama və özümə yönəldirəm.
- Axır vaxtlar komandanız son dəqiqələrdə buraxılan qollar sayəsində qələbəni əldən verir. Bu, nə ilə izah oluna bilər? Bəlkə müdafiə xətti o qədər güclü deyil?
- Biz bir yerdə qol vurur, bir yerdə qol buraxırıq. Mən də komandanın üzvüyəm. Qol buraxırıqsa, bunda mənim də payım var. Səhvlər həmişə olur.
- Belə nəticələrdən sonra komandanız cari mövsümdə nəyə ümid edir?
- Avropaya getməyi düşünürük. İnanıram ki, bunu bacaracağıq. 6 oyunumuz qalıb və bu matçlarda 18 xal qazanmağa çalışacağıq. Bu, bizə kifayət edər. Bunu bacarmalıyıq.
- 2 aydan çoxdur ölkəmizdəsiniz. Çempionatımızın səviyyəsi haqda nə düşünürsünüz? Əvvəl çıxış etdiyiniz Superliqa ilə fərq böyükdürmü?
- Təbii ki, Superliqa ilə çempionatınız arasında fərq var. Orada oynamaq daha çətindir nəinki Azərbaycanda. Burada da yaxşı komandalar var. Qarşılaşmalar zamanı heç də asan olmur. Hər komanda meydana qələbə qazanmaq üçün çıxır. Burda yaxşı futbol oynayırlar. Türkiyədə futbolun, şəraitin, stadionların daha yaxşı olması, Azərbaycanda isə rahat oynamaq haqqında deyilənlərlə razı deyiləm.
- Mart ayında rekord sayda - 6 qol vurdunuz. Çoxları sizi ayın futbolçusu mükafatına vahid namizəd sayır. Bu haqda nə düşünürsünüz?
- Mən heç kimin oyununa baxmıram. Yalnız öz oyunumu düşünürəm. Qol vurmağım komandamın Avropaya getmək məqsədləri üçün hələlik yetərli deyil. Ayın futbolçusu seçilmək təbii ki, xoşdur. Lakin bizim məqsədimiz bu deyil. Çünki bu mükafat bizi avrokuboklara çıxarmır.

0
0