Azərbaycan çempionu üçün “İroni”
03.04.2012 - 08:26
Azərbaycan çempionu üçün “İroni”
Azərbaycan çempionunun Çempionlar Liqasının (ÇL) növbəti mövsümündə potensial rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İroni” İsrail çempionatının qalibi olub. Özü də paytaxtı təmsil etməyən bu komanda tarixində ilk dəfə çempionluğu bayram edib. Bu, XXXII turda ən yaxın izləyicisi Təl-Əviv “Hapoel”i ilə qolsuz bərabərlikdən sonra reallaşıb. Nəticədə rəqibini sona 5 tur qalmış 16 xal qabaqlayan liderin çempion olmağı rəsmiləşib.

Qeyd edək ki, İsrail çempionu da bizim kimi ÇL-də mübarizəyə II təsnifat mərhələsindən başlayır.