Şok etiraf: 240 min dollara avtoqol etdim
                    
                    03.04.2012 - 09:18
                        
                        İtaliyalı futbolçu Andrea Masyello həbs olunub. Apasport.az saytının məlumatına görə, hazırda “Atalanta”da çıxış edən futbolçu danışılmış oyunlarda iştirak etdiyini etiraf edib.
O, ötən il “Bari” və “Leççe” arasında keçirilən qarşılaşmada bilərəkdən avtoqol müəllifi olub. Futbolçu öz qapısına sifarişlə qol vurduğu üçün 240 min dollar rüşvət alıb.
Ötən mövsüm A seriyasında çıxış edən “Bari” məhz həmin danışılmış “Leççe”yə 0:2 hesabı ilə uduzduqdan sonra aşağı dəstəyə yuvarlanmışdı. Həmin vaxt “Bari”də çıxış edən Masyello isə komandasının “qəbirqazan”ı olmuşdu.

                                0
                                
                                0