Almaniya klubu yığmamız qarşısında aciz qaldı
03.04.2012 - 09:04
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-16) yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “Maynts 05” klubunun U-16 komandası ilə keçirdikləri qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıblar.
Qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.
Qeyd edək ki, futbolçularımız bundan öncə “SV Wehen Wiesbaden” klubunun U-17 komandası ilə heç-heçə (1:1) etmişdilər.
Mənbə: affa

0
0