Bekhem avtomobillərini və motosikletlərini satışa çıxardı
03.04.2012 - 09:55
Bekhem avtomobillərini və motosikletlərini satışa çıxardı
Dünyanın məşhur futbolçularından olan Devid Bekhem 5 avtomobilini satmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, “Los-Anceles Qalaksi”nin 37 yaşlı ingilis yarımmüdafiəçisi vətənində qarajında olan 2 “Bentli”, “Reync Rover, BMW və “Lamborgini Qallardo” markalı maşınlarını satışa çıxarıb. Bekhem “Harli Devidson” markalı motosikletlərini də satacaq. Mütəxəssislər avtomobillərin ümumi dəyərinin 794 min dollar qiymətləndirib. Ancaq onlar hərrac zamanı daha böyük məbləğə satıla bilər.

Bekhem maşın kolleksiyasını azaltmağını son illərdə ailəsi ilə birgə Los-Ancelesdə yaşamağı və vətənindəki qarajındakı avtomobillərdən istifadə etməməyi ilə əsaslandırıb. Onun fikrincə, maşınları Amerikaya gətirmək praktiki deyil.