Dünyada 4 nəfərdən biri - Boyan Pavloviç!
03.04.2012 - 10:32
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun “quru seriya”ya malik qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə yanvarın 18-də açıqlanan cədvəldə 4 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 472-ə yüksəlib.
Həmin 4 nəfərdən biri “Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçdir. Ötən ilin qışından Ağdam təmsilçisində çıxış edən legioner 828 dəqiqəlik rekordu ilə siyahıya düşüb və 139-cu pillədə qərarlaşıb.
Maraq üçün deyək ki, Boyandan sonra “Çelsi”nin məşhur çexiyalı qapıçısı Peter Çex gəlir. Onun hesabında 827 dəqiqə var. Düzdür, bu, Çexin siyahıda 2-ci rekordudur və ondan yüksək olanı da var. Siyahıya daxil olan Navaf Xalid-Əl-Xalidi isə yüksək nəticəyə imza atıb. Küveytin “Əl-Qüdsiyə” klubunda oynayan ərəb qapıçı 1453 dəqiqə ilə 2-ci pilləyə yüksəlib. Onu dünya rekordundan 363 dəqiqə ayırır.
Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızın mövqelərinə təsir edib. Özü də onların çoxu geriləyib. Pavloviç ölkəmizin rekordlar siyahısında 16-cı göstəricinə imza atıb. O, bu uğura imza atan 12-ci qapıçımız olub.
İlk “onluq”
1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Navaf Xali-Əl-Xalidi (“Əl-Qüdsiyə”, Küveyt) - 1453
3. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
4. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
5. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
6. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
7. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
8. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
9. Samir Səid (“Əl-Ərəbi”) - 1283
10. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri
26 (25). Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
57 (58). Xalidu Sissoko (“Bakı”) – 985
60 (61). Xalidu Sissoko (“Bakı”) – 971
64 (64). Camaləddin Əliyev (“Qarabağ”) – 958
68 (69). Pavel Doroşev (“Qəbələ”) – 952
74 (74). Elxan Həsənov (“Neftçi”) – 943
139. Boyan Pavloviç (“Qarabağ”) – 828
165 (169). Dmitri Kramarenko (“Karvan”) – 798
202 (206). Dmitri Kramarenko (“Neftçi”) – 772
247 (251). Rauf Mehdiyev (“Olimpik”) – 746
251 (254). Elşən Poladov (“Bakı”) – 744
256 (257). Nadir Şükürov (“Dinamo”) – 741
271 (273). Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735
308 (304). Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
361 (363). Camaləddin Əliyev (“Qarabağ”) – 700
422 (421). Rauf Mehdiyev (“Olimpik”) – 676
Qeyd edək ki, qapıçılarımızın İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev bütün qapıçılarımızın da göstəricilərini göndərib.

0
0