AFFA Yunis Hüseynovla Kaxaber Sxadadzeyə ciddi xəbərdarlıq etdi
03.04.2012 - 14:05
AFFA-nın İntizam Komitəsi Premyer Liqanın XXVI turunun “Xəzər Lənkəran” – “İnter” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma başa çatdıqdan sonra “İnter” klubunun hakimliklə bağlı verdiyi etiraza baxan komitə Lənkəranda baş verənləri müzakirə edib.
İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra müvafiq qərarlar çıxarıb. “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 28-ci və 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənublular daha 2000 manat ödəməli olacaq.
Oyunun 41-ci dəqiqəsində “İnter”in futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə o, 1 oyunluq cəzalanıb və komandasını 200 manat ziyana salıb. Görüşün 74-cü dəqiqəsində “Xəzər Lənkəran”on üzvü Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Onun da cəzası Quliyevinki kimi olub.
Matçın 85-ci dəqiqəsində hakimi təhqir edən “İnter”in futbolçusu Valeri Abramidzenin cəzası daha ağır olub. Gürcüstanlı futbolçu 4 oyunluq cəzalanıb, klubu isə 4000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyun başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik münasibət bildirdiyi üçün hər iki çalışdırıcıya ciddi xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məşqçi ciddi cəzalanacaq.
Matçın hakimi haqqında Hakimlər Komitəsi, matçın hakim-inspektoru haqqına isə Hakim-İnspektorlar Komitəsinə rəy bildirib İntizam Komitəsinə məlumat vermək tapşırığı verilib.

0
0