Uşaqları döyən məşqçiyə ağır cəza
03.04.2012 - 14:36
Futbol üzrə Azərbaycan çempionatında xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu, 14 yaşadək futbolçular arasında birincilikdə qeydə alınıb. U-14 Liqasının aprelin 1-də keçirilən “Şirvan” – “Saatlı” görüşündə baş məşqçi gücünü uşağa göstərib. Belə ki, matç başa çatdıqdan sonra “Şirvan”ın məşqçisi Niyazi Məlikov rəqib futbolçuları döyüb. Məşqçinin 14 yaşadək uşaqları vurması ona baha başa gəlib. Çalışdırıcı 8 oyunluq cəzalanıb.
0
0