“Azərbaycan millisi ekzotik rəqibdir”
03.04.2012 - 16:32
21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin üzvü Tapio Heykkilya sabah yığmamızla keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma ərəfəsində yerli televiziyaya müsahibə verən “Honka”nın müdafiəçisi şans qazanacağını gözləyir: “Milli komandaya çağırıldığım üçün çox şadam. Bizi ekzotik Azərbaycan yığması ilə görüş gözləyir. Ümid edirəm ki, bu matç yığmada möhkəmlənməyimdə rol oynayacaq”.
0
0