“Turan”da erkən vida
03.04.2012 - 23:05
“Turan”da erkən vida
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Turan” qışda heyətinə cəlb etdiyi legionerlə vidalaşıb. Apasport.az saytının xəbərinə görə, qış transfer dövrünün sonuncu günündə Tovuz təmsilçisinin düşərgəsinə pənah gətirən Esam Zahranın bu klubdakı karyerası erkən bitib.

Belə ki, futbolçu “transfer pəncərəsi” bağlanan ərəfədə kluba gəldiyindən, baş məşqçi onu iş başında sınaya bilməmişdi. Buna görə də Əsgər Abdullayev Zahranın adını sifariş vərəqəsinə salınmasını istədi və onu yoxlamaq qərarına gəldi. İlk vaxtlar əvəzedici komandadan çıxış edən Mərakeş əsilli futbolçu ümidləri doğrultmadığından onunla imzalanan müqavilə qarşılıqlı şəkildə ləğv edildi.

Qeyd edək ki, İngiltərə təmsilçisi “Hall City”nin yetirməsi olan Esam Zahran daha sonra “Lester”ə transfer olunub. Vətənində “Kristal Pelas”ın da formasını geyinən futbolçu Misirin ən köklü klublarından olan “İsmaili” komandasında top qovmaq imkanı qazanıb. Esam ölkəsinin U-21 milli komandasına da cəlb olunub.