Ramin Musayev: Heç kimə güzəşt olunmayacaq
03.04.2012 - 23:13
“Premyer Liqada qalmaq uğrunda 11-ci yerlə I divizionda 2-ci pilləni tutan arasında 2 oyun keçiriləcək. Hər komanda bir dəfə meydan sahibi olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Premyer Liqanın cari mövsümünədək son 2 yeri tutan komanda avtomatik I diviziona düşür, orada ilk 2 pillənin sahibi isə onları əvəzləyirdi. Ancaq ötən il reqlamentdə edilən dəyişikliyə görə 11-ci yeri tutan klub yerini qorumaq imkan qazanır ki, bu da I dəstədə 2-ci yerin sahibi ilə pley-off oyunlarının keçirilməyi ilə bağlıdır. Kubok prinsiplərinə əsasən keçiriləcək həmin 2 matçın nəticəsinə əsasən qalib növbəti mövsümdə güclülər dəstəsində oynamaq hüququ qazanır.
Musayev bildirib ki, I diviziondan komanda gəlməli olsa, Premyer Liqada oynamaq istəsə, matçlar baş tutacaq: “Hal-hazırda I divizionda yuxarı pillələrdə gedən komandalar yüksək liqada oynamağa maraqlıdır. Ancaq düz buyurursunuz ki, ötən mövsüm “Abşeron”un dağılmağından sonra 2-6-cı yerlərdə gedən komandalar Premyer Liqada oynamaqda maraqlı olmadıqlarından, 7-ci pilləni tutan “Sumqayıt”ı buraxmalı olduq. Hazırkı vəziyyətdə “Karvan”, “Neftçala”, “Şahdağ”ın Premyer Liqada oynamaqla bağlı razılığı var”.
PFL prezidenti pley-off oyunlarının vaxtı ilə bağlı fikirlərini söyləyib: “Günlər hələ ki məlum deyil. Məsələ 4-5 gün ərzində həll olunacaq. Ancaq bu, indiyə yox, çempionat bitəndən sonraya aiddir. Hazırda tarixləri açıqlaya bilmərik. Çünki sabah komanda gəlməsə, oynamasa, niyə indidən durub yalandan deyək? Çempionat qurtaran kimi həmin klublarla danışıb, oyun günlərini təyin edəcəyik. İki oyundur da, tarixləri dəqiqləşdirəndə, kimin ilk olaraq evdə, kimin səfərdə oynadığını püşklə müəyyənləşdirəcəyik”.
Premyer Liqada debüt mövsümünü keçirən “Sumqayıt” hazırda sonda getsə də, 11-ci yeri tutmağa şansı var. Komandanın yığmalarda futbolçuları çoxluq təşkil etdiyindən, mayın sonunda – iyunun əvvəlində isə millimizin təlim-məşq toplanışı olacağından, pley-of oyunlarının həmin vaxt baş tutmağı sual altına düşə bilər. Ancaq Musayev narahatçılığa əsas görmür: “Qanun hamı üçün eynidir. Heç kimə güzəşt olunmayacaq. Komandalar təyin edəcəyimiz pley-off oyunlarında iştirak etməlidir”.
Mehman SÜLEYMANOV

0
0