“Oynamaq həyatım üçün təhlükəlidir”
03.04.2012 - 23:06
“Turan” klubunun hücumçusu Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi
- Son oyunlarda adınız matçın protokoluna salınsa da, meydana çıxmırsınız. Bunun səbəbi nədir?
- Özümü yaxşı hiss edəndə meydana çıxıram, komanda yoldaşlarıma kömək etməyə çalışıram. Bəzən başımda ağrılar olur. Yəni, oynamaq həyatım üçün təhlükəlidir. Çox qaçmaq olmaz. Ağrılar hiss edən vaxt meydana çıxmıram.
- Bəs həkimlər bu durumla bağlı sizə hansısa xəbərdarlıq edibmi?
- Həkim müayinəsindən keçmişəm. Onlar müalicə olunmağımın vacibliyini bildiriblər. Fikirləşirəm ki, çempionatın başa çatmasına bir aydan artıq vaxt qalıb. Bu müddəti başa vuraq, ondan sonra müalicə olunaram. Bununla belə, həkimlər bu vəziyyətdə oynamağımın təhlükəli olduğunu deyiblər.
- Bəs məşqlərdə necə, iştirak edirsinizmi?
- Yüngül məşqlər edirəm. Tam gücümlə çalışa bilmirəm. Ümumiyyətlə, yükləmələrdən qaçıram. Çünki ağır məşqlər olmaz. Dərhal zədə aldığım yerdə ağrılar əmələ gəlir. Güclü müalicəyə ehtiyac var.
- Bu vəziyyətdə komandanın içində olmaq həyatınız üçün təhlükə yaradır. Belə olan təqdirdə, niyə müalicənizi davam etdirmirsiniz?
- Açığı, ölüm təhlükəsi yoxdur. Sadəcə, həkimlər risk etməməyi məsləhət bilib. Müəyyən müddətə istirahət etməliyəm. Tam gücümlə məşq etmək olmaz. Özümü gözləməliyəm. Digər yandan, komandanı bu çətin məqamda yalqız buraxmaq istəmirəm.
- Komandada vəziyyət necədir? Həlledici mərhələdə hələlik məğlub olmamısınız...
- Qışda baş verənlər aydındır. Nə təlim-məşq toplanışı keçirdik, nə də yoldaşlıq oyunları. Ona görə də fasilədən sonra keçirdiyimiz əsas mərhələnin 4 oyunu bir növ bizim üçün yoxlama xarakteri daşıyırdı. “Altılıq” oyunları başlayandan sonra nəticələrimiz pis deyil. Keçirdiyimiz 4 oyundan 8 xal toplamışıq. Bu da normaldır. Ən azı sonuncu pillədən qurtulduq. Məqsədimiz “Sumqayıt”dan uzaqlaşmaq, “Simurq”a çatmaqdır.
- Yəni pley-off-dan qaçmağa çalışırsınız...
- Niyyətimiz odur. Bizdən üst pillədə “Simurq” qərarlaşıb. Qarşıda 6 tur var və bu müddətdə 5 xallıq fərqi əridib onları qabaqlamalıyıq. Çünki pley-offa qalmaq istəmirik. Buna şansımız var. Oyunlardan sonra analizlər aparırıq, səhvlərimizi aradan qaldırmağa çalışırıq.
- Maddi planda necə, hansısa irəliləyiş varmı?
- Pis deyil. Rayon rəhbərliyi klubu himayəsinə götürüb. Normal şəraitimiz var. Məşqlərimizi vaxtında edirik. Əla olmasa da, normaldır. Uşaqların əhval-ruhiyyəsi də yüksəkdir. Hər oyuna ancaq xallar qazanmaq üçün çıxırıq.
- Maaşlar vaxtında verilirmi?
- Vaxtında yox, hələ bir qədər əvvəldən verilir. Demək olar, son iki ayın maaşını tez almışıq. Yemək, yatmaq üçün yer problemi yoxdur. Klubun bazası var. Şərait normaldır. İndi bütün diqqətimizi oyunlara yönəltmişik.
- Heyətlə bağlı hansısa problem varmı?
- “Sumqayıt”la oyunda Aftandil Hacıyevin ayağı əzildi. Ancaq o, qarşıdakı matçda bizə kömək edə biləcək. Ciddi zədəlimiz yoxdur. Bir neçə cəzalı futbolçumuz var idi ki, onlar da növbəti turda oynaya biləcəklər. Komanda tam heyətlə məşq edir.

0
0