Messidən daha bir rekord
04.04.2012 - 08:31
İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi daha bir rekord vurub. Apasport.az saytının məlumatına görə, hücumçu Çempionlar Liqasının 1 mövsümündə ən çox qol vuran futbolçu adını qazanıb. 1/4 final mərhələsinin “Milan”la “Nou Kamp”dakı oyununda 2 penaltini qola çevirən Messi cari mövsüm rəqib qapılarından keçirdiyi topların sayını 14-ə çatdırıb.
Bununla da o, mövsümə 12 qolun vurulması rekordunu yeniləyib. İndiyədək buna Messinin özü və “Mançester Yunayted” də oynadığı vaxt Ruud van Nistelroy imza atmışdı.
Qeyd edək ki, ümumilikdə ÇL-də 51 qol vuran Messi bu göstəricidə 3-cüdür. O, ispaniyalı Raul (71) və hollandiyalı van Nistelroydan (56) geri qalır.

0
0