“Xəzər Lənkəran”ın növbəti yubiley qolu
04.04.2012 - 09:08
Premyer Liqanın XXVI turunun “İnter”lə ev oyunu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, lənkəranlıların 2:0 hesabı ilə qalib gəldiyi matçda vurduğu 2-ci qol milli çempionatlarımızda yubiley - 350-ci qol olub. Bu tarixin qolun müəllifi portuqaliyalı sağ cinah müdafiəçisi Eder Bonfim olub. “Xəzər Lənkəran” 2004/05 mövsümündən milli çempionatımızın iştirakçısıdır.
“Xəzər Lənkəran”ın çempionatdakı yubiley qolları
Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.
Mənbə: lankaranfc.com
“Xəzər Lənkəran”ın çempionatdakı yubiley qolları
| 1. | 07.08.2004 | “Turan” – “Xəzər Lənkəran” – 1:1 | Çöri İlir, 26 |
|---|---|---|---|
| 50. | 03.05.2005 | “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 | Martin Stankov, 36 |
| 100. | 29.09.2006 | “Gənclərbirliyi” – "Xəzər Lənkəran“ – 0:3 | İlqar Qurbanov, 8 |
| 150. | 02.09.2007 | ABN – “Xəzər Lənkəran” – 0:4 | Zaur Ramazanov, 14-p. |
| 200. | 26.09.2008 | MOİK - “Xəzər Lənkəran” – 0:4 | İvan Svetkov, 34-p. |
| 250. | 29.11.2009 | “Bakı” - “Xəzər Lənkəran” – 0:3 | İvan Svetkov, 57-p. |
| 300. | 20.02.2010 | “Xəzər Lənkəran” – AZAL – 2:1 | Elnur Abdullayev, 45+2 |
| 350. | 01.04.2012 | “Xəzər Lənkəran” – “İnter” – 2:0 | Eder Bonfim, 90+2 |
Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.
Mənbə: lankaranfc.com
0
0