Yığmamızın rəqibi DÇ-dən dəm vurur
04.04.2012 - 09:51
Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç futzal üzrə dünya çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə cavab oyunu öncəsi diqqətini digər yığmalara yönəldib. Apasport.az saytının məlumatına görə, aprelin 9-da Tümendə millimizi qəbul edəcək şimallıların çalışdırıcısı hazırda gənclər yığması ilə işə köklənib. Rusiyanın kişilərdən ibarət bütün yığmalarına rəhbərlik edən Skoroviç gənclərə təlim-məşq toplanışı keçir. O, qarşıda yığmamızla oyun gəlsə də DÇ haqda düşündüyünü açıqlayıb: “Avqustda tələbələr arasında dünya çempionatı keçiriləcək. Portuqaliyadakı yarışa daha yaxşı hazırlaşmaq üçün işə indidən başlamalıyıq”.
Qeyd edək ki. əsas yığmaların da dünya çempionatı bu il baş tutacaq. Yarış Tailandda keçiriləcək.
Qeyd edək ki. əsas yığmaların da dünya çempionatı bu il baş tutacaq. Yarış Tailandda keçiriləcək.
0
0