Millimiz Helsinkidə Finlandiyaya qalib gəldi - YENİLƏNİB
04.04.2012 - 18:39
Millimiz Helsinkidə Finlandiyaya qalib gəldi - YENİLƏNİB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Finlandiya yığması ilə üz-üzə gəliblər.

Qarşılaşmaya qonaq qismində çıxan komandamız Helsinkidə HİK klubuna məxsus “Sonera” stadionunda rəqibinin gücünü yoxlayıb. Gərgin mübarizə şəraitində keçən görüş millimizin qələbəsi ilə yekunlaşıb. Futbolçularımız ev sahiblərini matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə cəzalandırıblar.

U-21-lərin yoldaşlıq oyunu

FİNLANDİYA – AZƏRBAYCAN - 0:1
Helsinki. “Sonera” stadionu

Qeyd edək ki, millimiz Skandinaviyaya 21 futbolçu ilə yollanıb.