“Barselona” “Real”ın rekordunu təkrarladı
04.04.2012 - 11:14
“Barselona” əzəli rəqibi Madrid “Real”ının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ardıcıl 5-ci dəfə Çempionlar Liqasının (ÇL) yarımfinalına çıxıb.
Bu hal indiyədək turnirin tarixində 1 dəfə olub. Ancaq fərq ondadır ki, həmin vaxt yarış Çempionlar Kuboku (ÇK) adlandırılırdı. Onda yalnız “Real” ötən əsrin 50-ci illərin sonunda 5 dəfə dalbadal yarımfinala vəsiqə qazanmışdı.
“Barsa” ilə yanaşı, Lionel Messi də “Milan”a 3:1 hesabı ilə qalib gəldikləri cavab oyununda rekord vurub. Argentinalı hücumçu ÇL-nin bir mövsümündə 14 qol vurub. Turnir ÇK adlanan zaman “Milan”ın futbolçusu Joze Altafini 1962/63 mövsümündə eyni uğura imza atıb.

0
0