Premyer Liqamızın bombardiri komanda yoldaşını yumruqladı - FOTO
04.04.2012 - 13:05
“İnter” və “Neftçi” klublarındakı çıxış ilə Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan Valter Quqlemon bütün Braziliyanın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “bankir”lərin heyətində Azərbaycan çempionu və Premyer Liqanın ən məhsuldar futbolçusu olmuş hücumçu xoşagəlməz hadisənin qəhrəmanı olub.
34 yaşlı hücumçu çıxış etdiyi “Pelotas” klubunun Qauço çempionatında “Ksaksias”a qarşı keçirdiyi matçda “fərqlənib”. Belə ki, görüşdə hesabı açan, lakin sonda komandasının 1:2 hesablı məğlubiyyəti ilə uduzmasını həzm edə bilməyən Valter acığını komanda yoldaşından çıxıb. O, “Pelotas”ın digər üzvü Duqlas Silva ilə mübahisə edərək, ona boks dərsi də keçib. Məhz bu hərəkəti ona qırmızı vərəqə hesabına başa gəlib.

0
0