Yanacaqdoldurma məntəqəsində azarkeş bıçaqlandı
04.04.2012 - 13:40
Yanacaqdoldurma məntəqəsində azarkeş bıçaqlandı
İtaliya A seriyasında azarkeşlərlə bağlı növbəti qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, “Milan”la “Napoli”nin tərəfdarları soyuq silahdan istifadə etməklə kütləvi dava-dalaş yaradıblar.

Belə ki, azarkeşlərlə dolu olan avtobusların yolu Bolonya şəhərinin bir rayonunda təsadüfən kəsişib. Bu, yanacaqdoldurma məntəqəsində olub və avtobuslar orada dayanıb, yanacaq dolduran zaman azarkeşlər bir-birinə girişib. Nəticədə “Napoli”nin tərəfdarlarından biri bıçaq yarası alıb. Ancaq ciddi xəsarət olmadığından tezliklə xəstəxanadan çıxıb.

Polis insidentin səbəbkarını axtarmaq üçün 150-yə yaxın azarkeşi saxlayıb.