Prandelli istəyinə çatdı, Foqtsun arzusu gözündə qaldı
04.04.2012 - 14:43
Azərbaycan yığmasının apreldə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı klubların kütləvi narazılığı üzündən təxirə salınmışdı. Buna səbəb kimi çempionatın qızğın vaxtında millinin toplanışı üçün zamanın olmaması idi. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızdan qat-qat güclü olan İtaliyanın A seriyasında da oxşar hadisə qeydə alınıb. Lakin millimizin baş məşqçisi Berti Foqtsdan fərqli, onun italiyalı həmkarı Çezare Prandelli istəyinə çatıb. O, bu ay milli komandanı qısa müddətli təlim-məşq toplanışına yığacaq. Artıq İtaliya Futbol Federasiyası ilə Peşəkar Futbol Liqası arasında razılıq əldə olunub.
Qeyd edək ki, toplanışın dəqiq günü bilinməsə də bunun aprelin 23-24-də gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, toplanışın dəqiq günü bilinməsə də bunun aprelin 23-24-də gerçəkləşəcəyi gözlənilir.
0
0