Neft Akademiyasında mundial təbliğatı – FOTOSESSİYA
04.04.2012 - 16:28
AFFA bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təbliğat işlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) nümayəndələri bu dəfə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbələrlə görüş keçiriblər. Tədbiri giriş sözü ilə ADNA-nın Təlim-Tərbiyə İşləri üzrə prorektoru Qasım Məmmədov acaraq, Azərbaycanda 2012-ci ilin “İdman İli” elan olunmasının və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin önəmliyini qeyd edib. Çempionatın ümumi təqdimatının və könüllülük proqramının təqdim edildiyi tədbirdə tələbələrə çempionata hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq turnirin ölkəmiz üçün əhəmiyyəti barədə müzakirələr aparılıb. Gənclər həmçinin FiFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə məlumatlandırılıblar.
200-ə yaxın tələbənin iştirak etdiyi tədbirdə gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.

0
0