“Serbiyada Azərbaycan futbolu haqda yaxşı fikirdədirlər” MÜSAHİBƏ
04.04.2012 - 16:57
“Rəvan”ın serbiyalı kapitanı Miloş Zeçeviçin apasport.az saytına müsahibəsi
- Komandanızın cari mövsümdə çıxışını necə dəyərləndirərdiniz?
- Nəzərə alaq ki, Premyer Liqada debüt ilini keçiririk. Bu mənada çıxışımız ilk mövsüm üçün pis deyil. “Altılığ”a düşmək istəyirdik, bu məqsədlə mübarizə apardıq. Ancaq təəssüf ki, istəyimizə çata bilmədik.
- Buna nə səbəb oldu?
- “Altılığ”a düşməyə şansımız vardı. Sadəcə, bəzi oyunlarda qol vəziyyətlərini reallaşdıra bilmədik ki, sonda xal itkisi öz sözünü dedi. Bu, əsasən mövsümün əvvəlinə aiddir. Çempionata pis başladıq. Halbuki, ilk 4 matçda yaxşı oynasaq da, qalib gələ bilmirdik. Ev oyunlarında çoxlu xal itkisi ilə üzləşdik.
- Hazırda 2-ci “altılıq”da mübarizə aparırsınız. Hədəfiniz nədir?
- 7-ci pilləni tutmağa çalışacağıq. Düzdür, son matçımızda pis oynadıq, səfərdə “Kəpəz”ə uduzduq. Çalışacağıq ki, bu uğursuzluğun əvəzini növbəti turlarda çıxaq. Biz yeni komandayıq və sabit çıxış vacibdir. Buna nail olub, ildən-ilə oyunumuzu yaxşılaşdıracağıq.
- Çoxları “Rəvan”ın baxımlı oyun göstərməyindən, güclü rəqiblərin sizinlə görüşlərdə çətinliklə üzləşməyindən danışır. Belə çıxışınızı nə ilə əlaqələndirirsiniz?
- Həqiqətən bir çox oyunlarda yaxşı təsir bağışladıq. Hücum futbol oynamağı sevirik və rəqibdən asılı olmayaraq, bunu nümayiş etdiririk. Heç vaxt müdafiədə “oturmağı” yetərli saymırıq.
- Artıq komandada kapitan sarğısını daşımaq sizə həvalə olunub...
- Bu, mənim üçün xoşdur. Mənə etimad göstərənlərin hamısına minnətdarlığımı bildirirəm. Bu etimadı layiqincə doğrultmağa çalışıram.
- Ölkəmizdə müxtəlif məşqçilərin rəhbərliyi altında çıxış etmisiniz. Onların işini necə qiymətləndirərdiniz?
- Hər məşqçinin özünəməxsus iş üslubu var, hazırlıq proqramı, futbola baxışı var. Heç biri haqda pis fikir söyləyə bilmərəm. Hazırkı çalışdırıcımız nizam-intizama xüsusi diqqət yetirir.
- Artıq 3 ildir Azərbaycandasınız. Premyer Liqa sizdə hansı təəssürat oyadır?
- Fikrimcə, çempionatını səviyyəsi ildən-ilə yaxşılaşır. Mənə elə gəlir ki, 2-3 ilə daha güclü olacaq. Məqsədim daha çox oynayıb, futbolunuzun səviyyəsinin qalxmağına, inkişafa öz töhfəmi verməkdir.
- Ölkəmizdə nə qədər çıxış etməyi planlaşdırırsınız?
- Azərbaycan, Bakı xoşuma gəlir. Paytaxtınız günü-gündən gözəlləşir. Burda uzun müddət oynamaq istərdim. Əgər zədə problemim olmasa, burada uzun müddət çıxış edə bilərəm.
- Müqaviləniz nə vaxta kimdir?
- İyunda bitir. Vaxtı gələndə rəhbərliklə müqavilə məsələsini danışacağıq. Ümid edirəm ki, razılığa gələcəyik. Müqaviləmi uzatmaq istərdim.
- Yeni mövsümdə nəyə ümid edirsiniz?
- Fikrimcə, gələn mövsüm “altılığ”a düşə bilərik.
- Vətəninizdə Azərbaycan futbolu haqda nə düşünürlər?
- Serbiyada Azərbaycan futbolu haqda yaxşı fikirdədirlər. Bir sıra oyunçularımız burada oynadıqlarından, futbolunuz, çempionatınız haqda məlumatlıdırlar. Həmyerlilərimdən Branimir Subaşiç Azərbaycan milli komandasında da çıxış edir.
Mehman SÜLEYMANOV

0
0