Yığmamızın uğurlu seriyası Macarıstanda qırıldı
04.04.2012 - 17:02
Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Macarıstanda təlim-məşq toplanışında olan Sissi Raytın yetirmələri beynəlxalq turnir çərçivəsində slovakiyalı həmyaşıdları ilə qarşılaşıblar.
Bundan öncəki matçlarda ardıcıl 4 qələbə qazanan komandamız bu dəfə uğurlu seriyalarını davam etdirə bilməyib. Futbolçularımız ötən il 1:0 hesabı ilə məğlub etdikləri Slovakiya millisi ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, bu 2 komanda ilə yanaşı, Macarıstan yığmasının da qatıldığı turnirdə elə 3 milli iştirak edir.

0
0