Julius Vobay haqda yeni xəbər
04.04.2012 - 23:03
Julius Vobay haqda yeni xəbər
“Vobay bizim futbolçudur. Onun oynamaq məsələsi sırf məşqçilər heyətindən asılıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, Vobayın hazırdaVətəni Syerra-Leoneyə yollanıb: “Onun sənədləri ilə bağlı işləri olduğundan vətəninə dönüb. Bir neçə günə düşərgəyə qayıtmalıdır. Vobayın bu ilin axırına kimi “Xəzər Lənkəran”la müqaviləsi olduğundan, həmin vaxta kimi bizim futbolçudur. Baş məşqçimiz Vobayı oynatmaq istəsə, bunu edə bilər. Burda problem yoxdur”.