Berti Foqts “İnter”in məşqində
04.04.2012 - 22:21
“İnter” Premyer Liqanın 27-ci turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyununun hazırlıqlarına başlayıb. Apasport.az saytının xəbərinə görə, gənclərdən ibarət milli komandanın düşərgəsinə yollanan Səlahət Ağayev və Elnur Abdulov bugünkü məşq prosesində iştirak etməyiblər.
Komandanın hazırlığı isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular fiziki və topla hərəkətlərin yerinə yetirilməsi üzərində çalışıblar.
Qeyd edək ki, məşq prosesini izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqts da olub.
Xatırladaq ki, “İnter” – “Qarabağ” matçı aprel ayının 7-də, saat 16:00-da baş tutacaq.

0
0