Millimizin futbolçusu yaşını azaltmasına gülünc səbəb tapdı
04.04.2012 - 23:25
Millimizin futbolçusu yaşını azaltmasına gülünc səbəb tapdı
21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt” klubunun müdafiəçisi Ruslan Tağızadə doğum tarixini saxtalaşdırması haqda münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, futbolçu yaşını azaltmasına belə şərh verib: Mən qızlara görə, təvəllüdümü 1991-ci il kimi göstərdim. Çünki qızlar daha cavan oğlanlarla tanış olur”.

Tağızadə korner.az saytına açıqlamasında bildirib ki, əksər futbolçular facebook sosial şəbəkəsində doğum tarixini səhv yazırlar: “Burda çox futbolçular yaşlarını səhv yazırlar. Açığı bilmirdim bu qədər ki, şişirdiləcək”.