Superklassikonun vaxtı müəyyənləşdi
05.04.2012 - 08:39
Braziliya və Argentina milli komandaları arasında 2012-ci ildə keçiriləcək Superklassiko oyunlarının tarixləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika Superklassikosunun oyunlarının detalları açıqlanıb. Komandalar arasında ilk oyun sentyabrın 19-da keçiriləcək. Bu görüş Braziliyanın Qoyaniya şəhərində baş tutacaq. Cvab oyunu isə oktyabrın 3-də Argentinanın Rezistensiya şəhərində oynanılacaq.
Qeyd edək ki, 2011-ci ildə Braziliya yığması 2 oyuna əsasən ümumi hesabda Argentinadan üstün olmuşdu - 2:0.
Qeyd edək ki, 2011-ci ildə Braziliya yığması 2 oyuna əsasən ümumi hesabda Argentinadan üstün olmuşdu - 2:0.
0
0