“Azərbaycan yığması ilə oyun bizə dərs oldu” - MÜSAHİBƏ
05.04.2012 - 09:51
Finlandiya millisinin (U-21) baş məşqçisi Mika Laurikaynen yığmamızla yoldaşlıq oyunundan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı oyun haqda fikirlərini açıqlayaraq, millimizlə görüşün komandası üçün dərs olduğunu bildirib.
- Azərbaycan yığması ilə oyun haqda fikirləriniz necədir?
- Mənim üçün bu qarşılaşma futbolçuları yoxlamaq baxımından əhəmiyyətli idi. Bir sıra eksperimentlərə əl atmışdım. Bu üzdən komanda 100 faiz öz oyununu oynamadı.
- Komandanın göstərdiyi oyundan razı qaldınız?
- Biz çox yaxşı oynadıq. Təbii ki, elə qısa müddətli hazırlıq keçdiyimizi nəzərə alsaq.
- Bəs nəticə?
- Əlbəttə ki, nəticə bizi məyus edir. Lakin matçın ilk 60 dəqiqəsində komanda çox yaxşı oynadı.
- Yeganə qolu matçın son dəqiqələrində buraxmağınız nə ilə bağlı idi?
- Matçın sonluğu üzücü oldu. Biz Azərbaycanla oyunda uduzmamalı idik. Lakin digər tərəfdən bu yaxşı oldu ki, seçmə oyunları öncəsi bir dərs oldu.
- Yeni oyunçular özlərini necə göstərdi?
- Tapio Heykkilyadan razı qaldım. Yaxşı təsir bağışladı. Digərləri də pis oynamadı. Sami Rasanen və Niko Markklula matçın ən yaxşıları idi.

0
0