Premyer Liqada oynamağa 2 namizəddən biri məlumdur
05.04.2012 - 10:00
Premyer Liqada oynamağa 2 namizəddən biri məlumdur
Azərbaycan Premyer Liqasına yüksəlməyə 2 namizəddən biri məlum olub. Apasport.az saytının məlumatına görə, I divizionda XXIV turun oyunlarından sonra “Qaradağ Lökbatan” klubu minimum pley-offda oynayacağını rəsmiləşdirib.

21 oyundan 59 xal toplayan Adil Mahmudovun yetirmələri ən pis halda 2-ci yeri təmin edib. Belə ki, onları nəzəri cəhətdən yalnız “Karvan” keçə bilər. Lakin 5 oyunu qalan paytaxt təmsilçisi 1 qələbə qazanacağı halda, ilk pilləni də rəsmiləşdirəcək.

Qeyd edək ki, I yerin sahibi birbaşa Premyer Liqaya yüksələcəksə, 2-ci komanda yüksək dəstənin 11-ci komandası ilə pley-offda görüşəcək.