Avroliqada İspaniya yarımfinalı
06.04.2012 - 00:57
Avroliqada İspaniya yarımfinalı
Çempionlar Liqasının ardınca Avroliqada yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən ¼ final mərhələsinin cavab matçları turnirdə mübarizəni davam etdirəcək 4 komandanın adına aydınlıq gətirib. Turnirdə ən çox təmsilçisi olan İspaniyanın hər 3 komandası mərhələ adlayıb. Bununla da İspaniya yarımfinalının olmağı reallaşıb.

“Alkmaar”dan aldığı məğlubiyyətin əvəzini evdə darmadağınla çıxan “Valensiya” “Atletiko” ilə görüşəcək. Madrid klubu “Hannover-96”ya səfərdə də 2:1 hesabı ilə qalib gəlib. İspaniyanın digər təmsilçisi də almanlardan güclü olub. Mərhələ keçmək vəzifəsini hələ “Şalke” ilə səfər matçında qazandığı inamlı qələbə ilə yerinə yetirən “Atletik” evdə məhsuldar heç-heçə edib. Postsovet məkanının avrokuboklarda qalan yeganə təmsilçisi “Metallist” isə “Sportinq”lə oyunda məğlubiyyətin əvəzini çıxmaq üçün 1 qol yetməyib.

5 aprel

“Atletik” (İspaniya) – “Şalke” (Almaniya) - 2:2
Qomes, 40; Susaeta, 55 - Huntelar, 29; Raul, 52
İlk oyun – 4:2

“Valensiya” (İspaniya) – “Alkmaar” (Hollandiya) - 4:0
Rami, 15;17; Alba, 56; Ernandes, 81
İlk oyun – 1:2

“Metallist” (Ukrayna) – “Sportinq” (Portuqaliya) - 1:1
Kristaldo, 57 - Volfscvingel, 44
İlk oyun – 1:2

“Hannover-96” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:2
Mame Biram Diouf , 81 - Adrian, 63; Falkao, 87
İlk oyun – 1:2

Qeyd edək ki, yarımfinal oyunları aprelin 19-u və 26-da keçiriləcək. İlk matçlarda “Atletiko” “Valensiya”nı, “Sportinq” “Atletik”i qəbul edəcək.