“İnter” evdə qələbə qazanmaq üçün hər şey edəcək”
05.04.2012 - 12:09
“İnter” evdə qələbə qazanmaq üçün hər şey edəcək”
“İnter”lə oyun çox çətin olacaq. Rəqibimiz cari mövsüm ən böyük sürprizə imza atmış komandadır ”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.

O, aprelin 7-də Premyer Liqanın XXVII turunda qarşılaşacaqları “İnter”lə oyun barədə fikirlərini açıqlayıb. Yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında bildirib ki, “bankirlər”in bu heyətlə çempionluğa oynayacaqlarını yayda heç kim gözləmirdi: “Amma göründüyü kimi, Kaxaber Sxadadzenin yetirmələri çoxlarına baş ağrısı oldu. Düzdü, son zamanlar elə də qənaətbəxş çıxış etmirlər. İndi vəziyyəti düzəltmək üçün daha çox çalışacaqlar. Bu, bizim əleyhimizə ola bilər. Ona görə də oyuna maksimum köklənməliyik. Biz də uzun müddətdir məğlub olmuruq. Bu haqda düşünmürük də. Amma futbolda hər şey olur. Meydana qələbə üçün çıxacağıq. Məlumdur ki, “İnter” evdə qələbə qazanmaq üçün hər şey edəcək”.

Qeyd edək ki, “Qarabağ” “İnter”i 1 xal qabaqlayır.