Yığmamızın açıq məşqinin vaxtı müəyyənləşdi
05.04.2012 - 13:05
Yığmamızın açıq məşqinin vaxtı müəyyənləşdi
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Rusiya ilə cavab oyununu keçirəcəyi Tümendə məşqinin vaxtı müəyyənləşib. AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev apasport.az saytına açıqlamasında millimizin Tümenə gələcəyi gün - aprelin 8-də hazırlığa çıxacağını bildirib.

Xudiyev yığmamızın matçın keçiriləcəyi Mərkəzi İdman Kompleksində yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə saat 16:00-da) mətbuat üçün açıq məşqə çıxacağını söyləyib: “Hazırlıq 1 saat nəzərdə tutulub. Bundan sonra – saat 18:00-19:00 aralığında mətbuat konfransımız olacaq. Orada millimizin braziliyalı baş məşqçisi Joze Alesio Da Silva ilə bir oyunçumuz iştirak edəcək”.

Rusların açıq məşqi və mətbuat konfransı bizdən sonra planlaşdırılıb.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu aprelin 9-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Mehman SÜLEYMANOV