“O anlaşmaya dərhal imza ataram” – MÜSAHİBƏ
05.04.2012 - 13:30
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu yaxşı oynamağının sirrini açıb.
- İstənilən oyuna, hətta məşqə tam köklənməyiniz hamıya məlumdur. Belə motivasiyanı haradan götürürsünüz?
- Motivasiya - həlledici amildir. Əgər daim özünün daxili təşkilatçılıq səviyyəni yüksək tərzdə saxlaya və qoruya bilirsənsə, karyeranda çox şey alınacaq. Həmişə çalışıram ki, ruhən yaxşı durumda olum, istənilən vəziyyətdə özümə inanım. Hər yeni mövsüm yeni çağırışdır, yeni sınaqdır. Mən də qarşımda yaranan hər çətinliyə belə yanaşıram. Çalışıram ki, işimi ötən dəfə gördüyümdən daha yaxşı edim. Bu zaman insanın beynində nələrin baş verməsi vacibdir. Səhər yuxudan oyananda heç nə lazım olmadığını düşünürsənsə, məşq etmək, oynamaq istəmirsənsə, bu həmin andır ki, artıq futbol oynamamağa qərar verməlisən. Mənim üçün bu an hələ gəlməyib. Buna hələ çox var və uzun illər oynamaq niyyətindəyəm.
- Sağlamlığınıza və fiziki hazırlığınıza da çox diqqət ayırırsınız?
- Deməzdim ki, buna çox vaxt ayırıram. Lakin bu, hər bir peşəkar idmançıya olduğu kimi, mənim üçün də vacibdir. Sağlamlıq mənim üçün vacib amillərdən biridir. Lakin ən vacibi deyil. Bəxtim gətirib ki, genlərim yaxşı olduğundan problemim yoxdur. Məsələn, yay fasiləsində heç nə etmirəm, amma digər futbolçulardan fərqli, artıq çəki toplamıram. Düzdür, trenajor zalında otururam, qidalanmaya fikir verirəm. Bir sözlə, sağlam həyat tərzi sürürəm. Yaxşı yaşamaq, düzgün qidalanmaq və möhkəm yatmaq – bunlar uğurun əsas sirridir. Bunlara əməl etməsən nə yaxşı məşq edə, nə də oynaya bilərsən.
- Məşqləriniz çox intensiv keçir?
- Müxtəlif olur. Əgər həftəarası oynayıb, istirahət günləri növbəti matça çıxacaqsansa yüklənmək lazım deyil. Mən uzun çalışmalı məşqləri sevirəm. Lakin həftədə 1 belə məşq tam kifayətdir. Əgər həftədə 3-4 gün meydanda özümüzə qəsd etsək, fiziki formamız idealdan uzaq olar. Şəxsən mənə toplu oyun çalışmaları daha çox ləzzət eləyir, nəinki yorucu fiziki hazırlıqlar. “Ciddi ol və oyununu yaxşılaşdır”, “həmişə xırdalıqlara da diqqət ayır” bu fikirlər mənə uğur qazanmaqda kömək edir. Oyun zamanı yarana biləcək vəziyyətləri əvvəlcədən məşq zamanı modelləşdirirəm. Bunu komanda yoldaşlarımla birlikdə edirik. Əgər məşq prosesinə ciddi yanaşmasan, oyun zamanı böyük problemlə üzləşərsən.
- Ötən mövsüm sizin üçün uğurlu alındı. Cari mövsümü necə qiymətləndirirsiniz?
- Ötən il o qədər uğur qazandım ki, indi bunları təkrarlamaq özümə də çətin olar. Lakin fərdi və komanda nəticələri tam fərqli şeylərdir. La Liqanın qalibi olmaq daha nüfuzludur. Lakin mən razıydım ki, təki 10 qol az vurum, amma komandam çempion olsun. Əgər mənə kimsə belə təminat versə, o anlaşmaya dərhal imza ataram. Bu, mümkünsüz olduğundan qollarımı vurmaqda davam edəcəyəm. Ümid edəcəyəm ki, bu qollar komandama daha çox titul qazanmaqda xeyir verəcək.
- Hazırda gənc futbolçular nəsli peyda olub: Ernandes, Smollinq, Neymar. Onlara inkişafı davam etdirmək üçün nə məsləhət görərdiniz?
- Onlar peşəkar olmalıdırlar. Daha təcrübəli komanda yoldaşlarını dinləməlidir. Axı gənc vaxtı meydanda hansı vəziyyətdə nə etməli olduğunu bilmirsən. Həmişə demişəm: Ürəklə çalış, məşqçi, komanda yoldaşın və rəqibinə hörmətlə yanaş. Bu, futbolçuda ola biləcək ən yaxşı keyfiyyətdir.
- Zəif yerlərindən yararlanmaq üçün rəqibi öyrənirsiniz?
- Bəli, mən kiçik detallara köklənirəm: bu müdafiəçi digərlərindən sürətlidir, onu keçmək çətindir. Amma çalışıram ki, beynimi rəqib haqda fikirlə doldurmayım. Sən ilk növbədə öz texnikanı artırmağa konsentrasiya olmalısan ki, yoluna çıxan hər kəsi məğlub edəsən.
- Bəs komandalarla bağlı? Qarşılaşdığınız rəqibin gücü hazırlığa təsir edir?
- Təsir etməməlidir. Böyük komanda ilə döyüşə də sıradan rəqiblə matça da eyni dərəcədə köklənirəm. Hər şey həzdən asılıdır. Əgər məşq prosesindən həzz alıb xoşbəxt olursunuzsa, rəqibin kimliyində asılı olmayaraq yaxşı oynayacaqsınız. Mən hər oyunda qələbə qazanmaq və yaxşı oynamaq istəyirəm. Bu, mənim məqsədimdir. Motivasiyanı da bundan alıram.
- Oyunlara özünüzü necə hazırlayırsınız?
- Oyun öncəsi nə etməli olduğum haqda çox düşünmürəm. Çalışıram ki, hər şey təbii olsun. Əlbəttə, hərənin bir tipik şakəri var. Kimsə paltardəyişmə otağında tək qalıb oyuna köklənir, kimisi musiqi dinləyir. Mən daha sakitəm, deyib-gülürəm. Zarafatlaşıram, elə musiqi də dinləyirəm. Çünki durumu gərginləşdirmək lazım deyil. Bu sonradan özünü göstərə bilər. Maksimal köklənmə yalnız meydanda olmalıdır. Bəzi uşaqların müxtəlif inancları var. Onlara hörmətlə yanaşır və mane olmuram. Hətta rəqib “Barselona” olanda da.
- Futbol ağır peşədir?
- Yox, futbol – mənim həyatımdır. Futbolu sevirəm və lazım olduğu kimi daim hərəkətdə oluram. Mövsüm 10 ay, bəzən daha uzun sürür. Məzuniyyətə çıxanda futboldan maksimal dərəcədə uzaq olub, dincəlməyə çalışır, mövsümboyu görə bilmədiyim işlərlə məşğul oluram. Bir ay mənəvi və fiziki istirahət edirəm ki, yeni qüvvə ilə qayıda bilim. Dostlarımla gəzirəm, tennis oynayıram, üzürəm. Meydandan kənarda az vaxtımız olduğundan bundan ağılla istifadə etməliyik.
- İspaniya və İngiltərə kimi 2 güclü çempionatda oynamısınız. Onları müqayisə edə bilərsiniz?
- Şübhəsiz ki, bu iki çempionat dünyanın ən yaşı liqalarıdır. Açıq deyəcəyəm ki, İngiltərədə rəqabət daha böyükdür. İspaniyada da rəqabət var. Lakin nisbətən az. İspanlar daha texnikalıdır, topa nəzarəti sevirlər, futbolun özünü oynayırlar. İngiltərədə isə hər şey daha sərtdir. Hakimlər mübarizəyə daha çox imkan verir. Düşünürəm ki, bu ingiltərəli azarkeşlərin də xoşuna gəlir. Mənim də xoşuma bu gəlir: sürətli oyun, komandada iş – çox əladır, baxmayaraq ki, çox ağırdır, xüsusilə də zəngin şüurlu futbolçular üçün. Lakin həm İspaniya, həm İngiltərə liqaları möhtəşəmdir.
- Meydanda və ondan kənarda dəbə necə yanaşırsan?
- Üslub çox vacibdir. Futbol birincidirsə, imic ikincidir. Meydanda möcüzələr etməyin yaxşıdır. Lakin ondan kənarda da layiqli görünmək lazımdır. Mən də çalışıram, bu vacibdir. Təbii ki, mənim üslubum kiminsə xoşuna gəlmir. Amma mən beləyəm və qarşılıqlı hörmətə ümid edirəm. Kiminsə xoşuna gəlmək üçün dəyişəsi deyiləm.

0
0