Mövsüm qurtarır, “Sumqayıt” transfer edir
05.04.2012 - 15:17
“Sumqayıt” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi mövsümün başa çatması ərəfəsində Azərbaycan yığmasının milliləşən legioneri Murad Ağayevi heyətinə qatıb.
Belə ki, Rusiyanın "UGİM 80" klubunun sabiq yarımmüdafiəçisi, hazırda 21 yaşadək futbolçulardan ibarət yığmamızın şərəfini qoruyan Murad Ağayev komanda ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu “Sumqayıt”a azad agent kimi keçib.

0
0