“Bakı” “Neftçi”yə çatmaq arzusunda - STATİSTİKA
05.04.2012 - 16:21
“Bakı” “Neftçi”yə çatmaq arzusunda - STATİSTİKA
Premyer Liqanın 27-ci turunda “Neftçi” – “Bakı” qarşılaşması rəqiblərin sayca 21-ci oyunu olacaq. Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək 20 dəfə qarşılaşıblar. “Neftçi” 10, “Bakı” 6 qələbə qazandığı halda, 4 oyun heç-heçə başa çatıb. Top fərqi də “Neftçi”nin xeyrinədir - 22:20.

Paytaxtın eyni adlı komandası “ağ-qaralar” üzrəində əldə etdiyi 6 qələbənin üçünü səfərdə qazanıb.“Neftçi”nin ən məhsuldar futbolçusu 14 qol vuran Bohadır Nəsimovdur. “Bakı”nın heyətində isə ən çox fərqlənən Uinston Parksdır – 7 qol.

“Neftçi” cari mövsüm hər oyuna orta hesabla 1,88 qol vurur, 0,88 qol buraxır.

“Bakı”da isə göstəricilər belədir: hər oyuna orta hesabla 1,19 qol vurulur, 1 qol buraxılır.

Bu mövsüm “Bakı” ən böyükhesablı qələbəsini “Turan” üzərində, qazanıb 5:0. “Neftçi” isə AZAL-ı darmadağın edib 7:1.

“Bakı”nın orta yaş həddi 25,8 təşkil edir. “Neftçi”də bu rəqəm 25,3-ə bərabərdir.

Komandaların bu günədək keçirdiyi bütün oyunlar:

15.09.2004Bakı2:0 Neftçi
13.02.2005Neftçi0:0Bakı
03.12.2005Bakı2:2Neftçi
07.05.2006Neftçi0:1Bakı
10.11.2006Bakı0:1Neftçi
08.05.2007Neftçi1:0Bakı
20.10.2007Bakı5:1Neftçi
30.03.2008Neftçi3:2Bakı
16.08.2008Neftçi0:1Bakı
21.02.2009Bakı2:0Neftçi
24.10.2009Bakı0:2Neftçi
09.02.2010Neftçi1:1Bakı
21.03.2010Neftçi1:0Bakı
23.04.2010Bakı1:1Neftçi
31.10.2010Bakı0:2Neftçi
11.12.2010Neftçi0:2Bakı
13.03.2011Bakı0:1Neftçi
23.04.2011Neftçi2:0Bakı
23.09.2011Neftçi1:0Bakı
07.03.2012Bakı1:3Neftçi


Qeyd edək ki, “Neftçi” – “Bakı” görüşü aprelin 8-də olacaq.

Mənbə: fcbaku.com