“Azərbaycanda daha yüksək səviyyəli futbolçular oynayır” – MÜSAHİBƏ
05.04.2012 - 16:38
“Kostulen” klubunun futbolçusu Viktor Qonta Moldova mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, futbolçu Azərbaycan karyerası haqda da danışıb.
- “Kostulen”ə necə gəldiniz?
- Azərbaycanda oynadığım son oyun ərəfəsində zədələndim. Məşq zamanı ayağım qırıldı. Bundan sonra vətənə qayıtdım. Ayağım 2 ay gipsdə qaldı.
- Qış fasiləsində hansısa təkliflər var idi?
- Azərbaycan klublarından birinə baxışa getməli idim. Lakin təklif həddən artıq gec oldu. Azərbaycanda çempionat tez davam etdirildi və baxışa getməyə vaxtım olmadı.
- Düzdür ki, “Turan” sizin müalicənizin xərclərini ödəməkdən imtina etdi?
- Bəli, təəssüf ki, bu belədir.
- Komandadan ayrılmağınıza əsas səbəb budur?
- Tam yox. Mənim klubla müqaviləm bitirdi. Onlar mənə yeni anlaşma təklif etdilər. Lakin bunu istəmirdim. Çünki hələ ayağım qırılanadək, bir neçə təklif almışdım.
- Azarkeşlər daim Azərbaycan və Moldova futbolunu müqayisə edirlər. Sizcə hansı güclüdür?
- Hesab edirəm ki, Azərbaycan futbolu daha güclüdür. Orada daha yüksək səviyyəli futbolçular oynayır.
- Sizin poker oynadığınız düzdür?
- Bəli. Arabir yoldaşlarımla yığışıb oynayırıq.

0
0