Macarlar darmadağınla yığmamızı gözləyir
05.04.2012 - 17:08
Macarlar darmadağınla yığmamızı gözləyir
Macarıstanda keçirilən 17 yaşadək qızlardan ibarət milli komandalar arasında beynəlxalq turnirdə II turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının istirahət etdiyi turda meydan sahibləri ilə Slovakiya milliləri üz-üzə gəlib.

İlk oyunda Sissi Raytın yetirmələri ilə qolsuz heç-heçə edən slovakiyalılar bu dəfə darmadağına məruz qalıb. Belə ki, meydan sahibləri turnirdəki ilk matçlarında qonaqlara qarşı amansız olublar – 4:1

Qeyd edək ki, turnirin sonuncu turunun sabah keçiriləcək oyununda Azərbaycan və Macarıstan milli komandaları üz-üzə gələcək. İstənilən hesablı qələbə Raytın yetirmələrinə qalib adını qazandıracaq.