Fərid Quliyev: Hələ xal ehtiyatımız var
05.04.2012 - 23:01
“Neftçi” klubunun futbolçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi
- Komandanız növbəti turda vaxtilə şərəfini qoruduğunuz “Bakı” ilə ev oyununa çıxacaq. Aprelin 8-də keçiriləcək həmin matça necə hazırlaşırsınız?
- Rəqib güclü olduğu üçün, oyuna ciddi yanaşırıq. Bildiyiniz kimi, “altılıq”da mübarizə yarılanır. Bu səbəbdən “Bakı”nı məğlub edib, ilk dövrəni qələbə ilə başa vurmaq istəyirik.
- “Neftçi” son 2 oyunda heç-heçə etməklə, 4 xal itirdi. Bunu nə ilə əlaqələndirirsiniz?
- “Altılıq”da zəif rəqib yoxdur. Hamı xal qazanmaq istəyir. Son 2 oyunda heç-heçə etsək də, hələ xal ehtiyatımız var. “Qarabağ”la səfərdə 0:0 hesablı bərabərliyə qaldıq. Bu nəticəni uğursuzluq saymıram. Hər halda, ən yaxın izləyicimizlə 5 xallıq fərqi saxladıq. Futbolun gözəlliyi nəticənin gözlənilməzliyindədir.
- “Qarabağ”dan 5, “İnter” və “Xəzər Lənkəran”dan 6 xal öndəsiniz. Sona 6 tur qalmış aradakı fərqi nə dərəcədə böyük sayırsınız?
- “Altılıq”da hər şey dəyişə bilər. Mübarizə hələ qabaqdadır. Buna görə də “boşalmamağın” vacib olduğunu başa düşürük. Arxayınlaşmaqdan söhbət gedə bilməz. Çempionata necə start götürmüşdüksə, elə də uğurla başa vurmaq istəyirik. Biz futbolçular komandamızın ardıcıl 2-ci il çempion olmağı üçün əlimizdən gələni edəcəyik.
- Komandanızın heyətində az meydana çıxırsınız. Buna səbəb nədir?
- Düzdür, az oynayıram. Son dəfə “Kəpəz”lə kubok matçında 2-ci hissədə meydana çıxdım. Kimin oynayıb-oynamamağı baş məşqçinin seçimidir.
- Əsas heyətdə hücumçu Bahodir Nasimov oynayır. Özbək həmkarınızın çıxışını necə qiymətləndirirsiniz?
- Bahodir güclü hücumçudur. Meydana çıxıb, komandaya kömək edir. Nasimov bir sıra oyunlarda vacib qollara imza ataraq, qələbədə pay sahibi olub.
- Vaxtilə Premyer Liqanın bombardiri olmusunuz. İndi Bahodir buna nail olmağa çalışır. Ötən mövsüm buna yaxın olsa da, sonda üstünlüyünü əldən verərək, 2-ci oldu. Sizcə, Nasimov bu mövsüm bombardir ola biləcəkmi?
- Yaxşı şansı var. Hesabında 14 qol var, ən yaxın izləyicilərindən 4 top qabaqdadır. Artıq 2-ci mövsümdür çempionatımızda çıxış edir. Nasimov bu dəfə üstünlüyünü sona kimi qoruyub, sonda bombardir ola bilər. Niyə də olmasın?
- Bir vaxtlar mütəmadi milli komandaya cəlb olunurdunuz. Ancaq son illərdə az oynadığınızdan, yığmaya çağırılmırsınız. Milliyə qayıtmaq perspektivi haqda nə düşünürsünüz?
- Hazırda mövsümün qızğın vaxtıdır. Bütün diqqətimizi həlledici oyunlara yönəltmişik. Əlbəttə, yenidən yığmada oynamaq istəyirəm. Ümidimi itirmirəm, gələcəyə nikbin baxıram. Hər halda, karyeramın sonu deyil ki...

0
0