Avropa Liqasının adı dəyişir
06.04.2012 - 09:41
Avropa Liqasında yeni tendensiya formalaşır. Apasport.az saytının məlumatına görə, qitənin 2-ci dərəcəli klub turniri sayılan yarışda yenə yarımfinala Pireney yarımadasının təmsilçiləri çıxıb. Bu gedişlə turnir Avropa Liqası adı ilə vidalaşıb Pireney Liqasına çevrilmək təhlükəsi ilə üz-üzə gəlib. Çünki yarışa qatılan digər 51 ölkənin təmsilçiləri İspaniya və Portuqaliya komandalarının hegemonluğuna yalnız tamaşaçılıq edir.
Bu mövsüm də belə oldu. İspaniya klubları “Valensiya”, Atletik” və “Atletiko” yarımfinalda ispan triosunu təşkil edəcək. Onların yeganə rəqibi isə yarımada üzrə qonşu olan “Sportinq”dir. Bu ötənilki ssenarinin redaktə olunmuş variantıdır.
Belə ki, 1 il əvvəl də yarımfinalda yalnız Pireney klubları oynayırdı. Lakin indikindən fərqli o vaxt Portuqaliya 3, İspaniya 1 komanda ilə finalın 1 addımlığında dayanmışdı. Bu dəfə ispan yarımfinalı izləyəcək azarkeşlər onda portuqal yarımfinalı izləmişdi. Bir il əvvəl Portuqaliyanın triosu – “Benfika”, “Braqa” və “Porto”nun qarşısına çıxan ispan “Vilyarreal”ı elə ½ finalda dayanmışdı. Sonda kuboka yiyələnən “Porto” həlledici matçda “Braqa”nı zərərsizləşdirmişdi.

0
0