“Azərbaycan yığması dünya çempionatına düşmək üçün hər şey edəcək” - MÜSAHİBƏ
06.04.2012 - 09:51
Rusiya futzal yığmasının oyunçusu Nikolay Plaxov dünya çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə cavab oyunu öncəsi müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Sibiryak” klubunun hücumçusu 3:2 hesabı ilə qalib gəldikləri Bakıdakı oyunla bağlı təəssüratlarını bölüşüb, Tümendəki cavab matçı haqda da danışıb.
- Nikolay, Azərbaycan yığması ilə ilk oyunda sizdə hansı təəssürat yaratdı?
- Əgər düzünə qalsa, ikili təəssürat. Bir tərəfdən, nəhayət, yığmada oynamağıma görə mənə çox xoşdur və biz bu oyunda qalib gəldik. Hesab edirəm ki, buna yetərincə layiq idik. Digər tərəfdən, sonda 2 üzücü qol buraxdıq. Bu oyunda nə qədər hazırlaşdıq, ancaq sonda istənilən halda, rəqibi bir az gözdən itirdik.
- Bakıdakı oyunda qol vurmaq üçün bir neçə yaxşı imkanınız oldu. Bunu reallaşdırmağa nə mane oldu?
- Bunu bilmirəm. Qol vurmamışamsa, deməli, hələ zəifəm. Bunun üzərində işləyəcəyəm.
- Komanda nəticədən razı qaldı?
- Əlbəttə, hamımız razı qaldıq. Biz etibarlı və ciddi oynadıq. Buna görə də azlıqda oynadığımız zamanı Azərbaycan yığmasından 2 qol buraxmağımız ikiqat üzücü oldu. Biz Azərbaycan yığmasının belə oynayacağını bilirdik və 4-ün 5-ə qarşı oyununa hazırlaşırdıq. Ancaq istənilən halda, nəticədən razı qaldıq. Yalnız Qustavodan başqa.
- Qustavo Bakıdakı oyunda zədə aldı. Qapıçımız indi özünü necə hiss edir?
- Bilirsiniz, Qustavo hər oyunda belə zədələr alır. Onun üçün belə xəsarətlər adi şeylərdir. Qapıçımız tez sağalır və Allaha şükür, özünü yaxşı hiss edir.
- İlk oyundan sonra Azərbaycan yığmasının güclü və zəif tərəfləri haqda əlavə təsəvvürünüz oldu?
- Onu deyə bilərəm ki, onlar fərdi keyfiyyətlərinə görə güclü futbolçulara malikdir. Eyni zamanda azərbaycanlıların komanda oyunu bir qədər gözləniləndir. Müdafiədən oynayırlar, cüssəli oyunçulardan istifadə edirlər, şanslarını əks-hücumlarda və standartlarda axtarırlar. Bu, gözlənilməz deyil. Təkrar edirəm ki, rəqib ilk növbədə fərdi keyfiyyətləri güclü olan oyunçulara malikdir. Heyətində çoxlu milliləşdirilən braziliyalılar var. Elə yerli oyunçuları da yaxşıdır. Əgər zəif cəhətlərdən danışsaq, onu qeyd etməliyik ki, Azərbaycan yığma komandası yaşlıdır, belə deyək, “yüklənmişdir”. Buna görə onu sürət, cəld ötürmələr, topa dəqiq nəzarət hesabına yenmək olar.
- Son dəqiqədə buraxılan konsentrasiyanın itirməyi, bəxtsizlik, yaxud başqa nə ilə bağlıdır?
- Mənə bu haqda danışmaq çətindir. Hər halda, səhvləri ayırd etmək məşqçi işidir. Mən fikirləşirəm ki, biz sadəcə, sonda kimin kimlə oynadığını müəyyənləşdirə bilmədik. Ola bilər ki, oyunçularımızdan kimsə öz mövqeyində olmadı. Ancaq rəqibə də qiymət vermək lazımdır. Onlar kombinasiyanı çox yaxşı yerinə yetirdilər. Həmin epizoda məhsuldar ötürmə verən Kaka əla ötürməyə malik böyük ustadır.
- Tümendəki cavab matçı öncəsi 1 top üstünlüyü özünüzü rahat hiss etməyə imkan verir?
- Oyun istənilən halda, çətin olacaq. Ona görə rahatlıq yalnız o mənada olacaq ki, biz artıq rəqibi yaxşı tanıyırıq. Biz praktikada bilirik ki, onların müdafiəsini necə açaq. Ola bilər ki, bu planda bizə asan olacaq. Ancaq əlbəttə, oyunun özü çətin olacaq. Azərbaycan yığması dünya çempionatı vəsiqə qazanmağı çox istəyir və ora düşmək üçün hər şey edəcək.
- Cavab oyununa hazırlıqda nəsə xüsusi bir şey var, yoxsa o, adi rejimdə gedir?
- Yox, indi xüsusi bir şey baş vermir. Yığmamız yalnız aprelində 6-da yığışacaq. Bizim ötən həftə Superliqada ağır matçlarımız olub. Buna görə də məşqçilər bizə istirahət verdi. Fikrimcə, nəzərdə cəhətdən yeni bir şey olmayacaq. Nəsə hardasa əlavə edəcəklər, düzəldəcəklər, vəssalam.

0
0