Berti Foqtsun xələfi millimizə “sataşdı”
06.04.2012 - 10:22
Almaniya millisinin sabiq baş məşqçisi Erik Ribbek uğursuz çalışdırıcı olmasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Ribbek Almaniya mətbuatına müsahibəsində Bundestimin tarixində ən zəif nəticəyə malik olması ilə bağlı suala cavab verib.
1998-ci ildə Berti Foqtsu əvəzləyib, 2 il Almaniya yığmasını çalışdıran Ribbek zəif nəticələrinin obyektiv səbəblərlə bağlı olduğunu düşünür: “Bəli, mən ən pis məşqçiyəm. Birincisi, yığmada qısa müddət çalışdım. Həmin vaxt yığmamız da möhtəşəm deyildi. Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə 0:1 uduzduq. Onda qapıçımız Oliver Kanla bədbəxt hadisə baş vermişdi. Düzdür, sonda final mərhələsinə yüksələ bildik. Həmin dövrədəki zəif nəticələr özümüz və rəqiblərlə bağlıdır. Bu, Azərbaycan və ya hansısa başqası deyildi axı”.
Qeyd edək ki, Foqtsun yığmadakı xələfinin rəhbərliyi altında 10 qələbə qazanan Almaniya millisi 8 dəfə məğlub olub və 6 dəfə heç-heçə edib.

0
0