“Xəzər Lənkəran” çempion olduğu məkanda
06.04.2012 - 10:37
“Xəzər Lənkəran” çempion olduğu məkanda
“Xəzər Lənkəran” Premyer Liqanın XXVII turunda “Qəbələ” ilə qarşılaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, aprelin sabah baş tutacaq matça qonaq qismində çıxacaq cənub təmsilçisi özü üçün bütövlükdə uğurlu hesab oluna bilən məkana qədəm basacaq.

Belə ki, 8 illik tarixində ilk və hələlik yeganə çempionluğunu 2006/07 mövsümündə qeyd edən “Xəzər Lənkəran” son turda məhz Qəbələdə oynayırdı. Həmin vaxt güclülər dəstəsinin debütantı olan Qəbələ təmsilçisi üzərində qələbə “ağ-yaşıllar”a çempionluq gətirdi.

Ümumilikdə, Qəbələ səfərləri “Xəzər Lənkəran” üçün uğurlu alınır. Düzdür, son 2 oyunda qələbəni meydan sahibləri bayram edib. Lakin buna qədər 6 matçda 4 dəfə “Xəzər Lənkəran” qalib gəlib və 2 dəfə 1 xalla kifayətlənib. Komanda səfərdə rəqib qapısına az qala 2 dəfə çox qol vurub – 12:7.

“Qəbələ” ilə çempionat və kubokdakı oyunların ümumi balansına gəlincə isə Lənkəran təmsilçisi 16 dəfə bu rəqiblə görüşüb. 10 dəfə qalib gələn “Xəzər Lənkəran” daha 3 dəfə “sülh”lə razılaşıb və yalnız 3 dəfə məğlub olub. Top fərqində isə üstünlük onların tərəfindədir – 28:13.

“Xəzər Lənkəran”ın “Qəbələ” ilə bütün oyunları

2006/0709.12.2006çempionate4:0
2006/0723.05.2007çempionats3:0
2007/0830.09.2007çempionate2:1
2007/0805.04.2008çempionats1:1
2007/0809.04.2008kuboks3:1
2007/0823.04.2008kuboke1:1
2008/0915.11.2008çempionats1:0
2008/0903.05.2009çempionate1:2
2009/1019.09.2009çempionats1:1
2009/1019.12.2009çempionate1:0
2009/1012.03.2010çempionate4:1
2009/1017.04.2010çempionats2:1
2010/1107.08.2010çempionate1:0
2010/1106.11.2010çempionats0:1
2011/1223.09.2011çempionat   e 2:1
2011/1221.02.2012çempionats1:2