Messinin rekordu təkrarlandı
06.04.2012 - 10:48
Almaniyanın “Şalke” klubunun futbolçusu Klas Yan Huntelar mövsümün rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçu cari mövsüm avrokuboklarda vurduğu qolların sayını 14-ə çatdırmaqla, Lionel Messiyə çatıb.
Lakin “Salke”nin üzvündən fərqli, İspaniya “Barselona”sının argentinalı ulduzu Çempionlar Liqasının qarşıdakı oyunlarında qol sayını artıra da bilər. Çünki yarımfinala çıxan Kataloniya təmsilçisindən fərqli, Hunteların qolu “Şalke”yə Avropa Liqasının 1/4 finalında uğur qazanmağa kömək etməyib. Onun komandası İspaniya “Atletik”i ilə dueldə mübarizəni dayandırıb.

0
0