AZAL Vaqif Sadıqova tapşırıldı
06.04.2012 - 11:38
AZAL-ın baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqov “təyyarəçilər”in yeni çalışdırıcısı təyin olunub.
Təyinat bu gün keçirilən klubdaxili iclasda reallaşıb. 2 illik müqavilə bağlayan Sadıqov komandanı ilk məşqə də çıxarıb. Onun köməkçisi Şakir Qəribovdur.
Sadıqov cari mövsüm AZAL-ı çalışdıran 4-cü mütəxəssisdir. 53 yaşlı məşqçiyə qədər Nazim Süleymanov, Elxan Abdullayev və Rafiq Mirzəyev bu postu tutmuşdu. Süleymanov avrokubokdakı oyunlardan sonra istefa vermişdi. Premyer Liqanın startı ərəfəsində bu vəzifəyə gətirilən Abdullayev isə I dövrədən sonra istefa vermişdi. Daha uzun müddət iş başında olan Mirzəyev isə ötən XXVI turdan sonra öz istəyi ilə postundan ayrılıb.
Komandanı son 6 oyuna çıxaracaq Sadıqov bunadək ölkəmizdə “Nicat”, “Neftçi”, “Şəfa”, “ANS-Pivani” klublarını, Azərbaycanın millisini, həmçinin İranın “Maşınsazi” klubunu çalışdırıb. Son iş yeri Rusiyanın “Anji” klubu olan mütəxəssis orda olduğu kimi, milli komandamızda da köməkçi-məşqçi vəzifəsini tutub.
“Neftçi”ni avrokuboklara çıxaran ilk baş məşqçi olan Sadıqov bu postda 1994/95 mövsümündə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, Sadıqovun ölkə daxilində sonuncu komandası olan “Neftçi”də də köməkçisi Qəribov olub.

0
0