İslandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
06.04.2012 - 11:56
İslandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 5-də baş tutacaq.

Oyun yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 6 iyun, saat 00:15) start götürəcək.

Qeyd edək ki, qarşılaşma paytaxt Reykyavikdə KR-Vellur stadionunda keçiriləcək.