Vaqif Sadıqov üçün ad günü hədiyyəsi
06.04.2012 - 12:52
AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov 777 gündən sonra Premyer Liqa həyəcanını yaşayacaq. Apasport.az saytının xəbərinə görə, sonuncu dəfə çempionatda 2009/10 mövsümündə “Neftçi”nin çalışdırıcısı kimi iş başında olan Sadıqov 2010-cu ilin fevralın 21-də “İnter”ə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra postunu getdi.
Bu, təsnifat mərhələsinin son turu idi və Sadıqov mövsümün gedişində “sükanı arxası”na keçdiyi komandanı “altılığ”a çıxarıb, vəzifəsindən getməyindən üstün tutdu.
Sadıqov yeni komandasında Premyer Liqanın XXVII turunda “Sumqayıt”la ev oyununda debüt edəcək. Bu, aprelin 8-də saat 17:00-da “AZAL Arena”da reallaşacaq. Bununla da, mütəxəssis ilk dəfə “altılığ”ın iştirakçısı olacaq.
Düzdür, bu, ilk yox, 2-ci “altılıq” olsa da, hər halda, final mərhələsidir. “Altılıq” sistemi bunadək 1995/96, 1998/99, 2009/10, 2010/11 mövsümlərində tətbiq olunsa da, Sadıqov həmin vaxt klubda çalışmadığından, çempionatımızın iştirakçısı olmayıb.
Ötən ili Rusiyanın “Anji” klubunda köməkçi məşqçi kimi keçirən, rəsmi müqaviləsinə vaxtından əvvəl pozulmağı ilə sərbəst olan Sadıqovun yeni təyinatını ad günü hədiyyəsi kimi də qələmə vermək olar.
Məsələ ondadır ki, milli komandamızın sabiq baş məşqçisi bu ayın ilk günündə doğum gününü qeyd edib. Aprelin 1-də anadan olan Sadıqovun 53 yaşı tamam olub.
Mehman SÜLEYMANOV

0
0