AZAL yeni baş məşqçisinin təqdimatını keçirəcək
06.04.2012 - 13:39
AZAL yeni baş məşqçisinin təqdimatını keçirəcək
AZAL yeni baş məşqçisi Vaqif Sadıqovun rəsmi təqdimatını keçirəcək. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun apasport.az saytına verdiyi məlumatına görə, sabah 53 yaşlı çalışdırıcı mətbuat qarşısına çıxaraq, onların suallarını cavablandıracaq. Jurnalistlər saat 16:00-da “AZAL Arena”da keçiriləcək təqdimata dəvətlidir. Mətbuat konfransında Sadıqovla yanaşı, klub rəhbərliyi də iştirak edəcək.