“Azərbaycan klubuna keçə bilsəm də, Fransaya getməyi qərara aldım”
06.04.2012 - 14:56
“Mən Minsk “Dinamo”suna, Azərbaycan klublarına birinə, Amerikanın “Çivas” və Almaniyanın I divizionuna gedə bilərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun yeni transferi Vladimir Buaç deyib. Serbiya pasportuna malik 27 yaşlı futbolçu karyerasını ölkəmizdə davam etdirmək imkanı qazanıb. Ancaq adını açıqlamadığı komandamızdan aldığı təklifi qəbul etməyən Vladimir Fransanın “Nim” klubuna keçməyi daha üstün tutub: “Bu ölkələrdən təklif alsam da, Fransaya getməyi qərara aldım. Çünki o, dünyada ən gözəl ölkələrdən biri sayılır. Mən Fransada olduğum müddətdə çox yaxşı təcrübə qazandım. Fransız dilini, ölkənin mədəniyyəti haqda çox şey öyrəndim. Ona görə də deyə bilərəm ki, Fransada keçirdiyim il yarımlıq həyat müddətində mənə yaxşı idi”.
0
0