Vaqif Sadıqov daha bir köməkçisini müəyyənləşdirdi
06.04.2012 - 15:13
Vaqif Sadıqov daha bir köməkçisini müəyyənləşdirdi
AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov köməkçilərindən daha birini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Rauf Salamov “təyyarəçilər”in qapıçılarla işləyən məşqçisi kimi işini davam etdirəcək. Komandanın sabiq baş məşqçisi Rafiq Mirzəyev həftənin əvvəlkində köməkçiləri ilə birgə istefa verdi ki, Salamov vəzifəsində qalıb. Sadıqov keçmiş qapıçının başçılıq etdiyi məşqçilər korpusunda yer almağını istəyib. Onun əsas köməkçisi isə uzun illər birgə çalışdığı, AZAL-a da gətirdiyi Şakir Qəribovdur. Sadıqovun komandasında daha bir məşqçinin yer alacağı gözlənilir.

Qeyd edək ki, Salamov 2006-cı ildən, Əsgər Abdullayev “Olimpik” adlanan komandaya baş məşqçi təyin olunan zamanı onunla birgə gələrək, bu müddətdə fasiləsiz işləyib.